Bakı. 28 noyabr. REPORT.AZ/ İstanbul prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan 62 hərbçinin ömürlük azadlıqdan məhrum edilməsi haqqında ittihamnaməsi qəbul olunub.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, onların 28-i orduda müxtəlif vəzifə tutan zabitdir.
Məlumata görə, prokuror onların ömürlük azadlıqdan məhrum olunmasını istəyib.