Türkiyədə zəlzələ nəticəsində üç nəfər xəsarət alıb - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində üç nəfər xəsarət alıb - YENİLƏNİB Türkiyənin qərbindəki Dənizli vilayətində baş verən zəlzələ nəticəsində üç nəfər yüngül xəsarətlər alıb.
Region
20 Mart , 2019 12:50
Türkiyədə zəlzələ nəticəsində üç nəfər xəsarət alıb - YENİLƏNİB

Türkiyənin qərbindəki Dənizli vilayətində baş verən zəlzələ nəticəsində üç nəfər yüngül xəsarətlər alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyinin məlumatında bildirilir.


***11:20

Çərşənbə günü Türkiyənin qərbində 6,2 maqnitudalı zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri İzmir şəhərindən 236 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 27 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat hələlik yoxdur.

Son xəbərlər

Orphus sistemi