Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyə Ali Hərbi Şurasının (YAŞ-Yüksek Asgeri Şura) avqustun 23-də keçirilən və 1 saat 20 dəqiqə davam edən toplantısının qərarları açıqlanıb.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şuranın qərarlarını təsdiqləyib.
Qərara əsasən, Silahlı Qüvvələrin zabitlərinin hərbi xidmət müddəti 28 ilə endirilib.
Bundan başqa, 434 polkovnikin hərbi xidmət müddəti 2 il uzadılıb, 586 polkovnik isə təqaüdə göndərilib.