Türkiyədə 5 hərbçi şəhid olub

Türkiyədə 5 hərbçi şəhid olub Terrorçular təhlükəsizlik qüvvələrinə raket və uzunçaplı silahlarla hücuma keçiblər
Region
24 Avqust , 2016 14:23
Türkiyədə 5 hərbçi şəhid olub

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyənin Diyarbakır və Bingöl əyalətlərində terrorçu PKK silahlıları ilə döyüşdə 5 hərbçi şəhid olub.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Diyarbakırın Lice rayonunda keçirilən antiterror əməliyyatı zamanı terrorçular təhlükəsizlik qüvvələrinə raket və uzunçaplı silahlarla hücum ediblər. 

Məlumata görə, hərbçilərlə terrorçular arasında gedən döyüş nəticəsində Lice rayonunda Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

Bingöl əyalətinin Karlıova rayonunun Cehennem meşəsində PKK silahlılarının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı terrorçuların əldəqayırma qumbaranı partlatması nəticəsində bir çavuş şəhid olub. 

Son xəbərlər

Orphus sistemi