Türkiyənin Çanaqqala bölgəsində ikinci dəfə zəlzələ baş verib - YENİLƏNİB

Türkiyənin Çanaqqala bölgəsində ikinci dəfə zəlzələ baş verib - YENİLƏNİB Təbii fəlakət nəticəsində bölgənin Yuxarıköy yaşayış məntəqəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib
Region
6 Fevral , 2017 16:06
Türkiyənin Çanaqqala bölgəsində ikinci dəfə zəlzələ baş verib - YENİLƏNİB

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsində bu gün ikinci dəfə zəlzələ baş verib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, ikinci yeraltı təkanlar 5 bal gücündə olub.

İnformasiyaya əsasən, 58 dəfə yeraltı təkan olub. Təbii fəlakət nəticəsində bölgənin Yuxarıköy yaşayış məntəqəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib. Əyalətin Çamköy kəndində 4, Babkaledə 1, Koyunevində 1, Gükpınarda 7, Kızılkeçelidə 5, Tuzlada 4, Balabanlıda 2, Bademlidə 8 və Ahmetçidə 2 evə ziyan dəyib.

*** 09:29

Türkiyədə Egey dənizi sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, yeraltı təkanların mərkəzi Çanaqqala bölgəsinin Ayvacıq rayonunun Gülpınar kəndində olub.

Yeraltı təkanların mərkəzi 7,5 km. dərinlikdə yerləşib. Gülpınar kəndində bəzi evlərin divarları uçub. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsndə xeyli heyvan tələf olub. 

İnformasiyaya əsasən, zəlzələ İzmir, Bursa və İstanbulda da hiss edilib.

Son xəbərlər

Orphus sistemi