​Türkiyədə 40 solçu ekstremist həbs olunub

​Türkiyədə 40 solçu ekstremist həbs olunub Odlu silah, döyüş sursatı, sənəd və kompüterlər müsadirə edilib
Region
3 Aprel , 2015 00:04
​Türkiyədə 40 solçu ekstremist həbs olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Türkiyə polisi İstanbulda baş verən iki qanlı atışmadan sonra cümə axşamı solçu ekstremistlərin həbsini davam etdirib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, təkcə İstanbulda ən azı 24 nəfər, ölkənin digər iki şəhərində isə 15 nəfər qadağan olunmuş DHKP-C marksizm-leninizm qruplaşmasının üzvü olduğu ehtimal edilən şəxs yaxalanıb.

Həbslər zamanı odlu silah, döyüş sursatı, sənəd və kompüterlər müsadirə edilib.

Ötən gün silahlı qadın İstanbulda baş polis məntəqəsini atəşə tutub. 28 yaşlı DHKP-C fəalı cavab atəşi ilə zərərsizləşdirilib.

Bir gün əvvəl isə eyni qruplaşmadan olan iki silahlı İstanbul məhkəməsinin binasında prokuror Mehmet Selim Kirazı girov götürüb. Yaraqlılarla səkkiz saatlıq danışıqlardan sonra polis binaya hücum edib və hər iki cinayətkarı zərərsizləşdirib. Prokuror Kiraz aldığı güllə yarasından xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi