Bakı. 11 iyun. REPORT.AZ/ Türkiyənin Bingöl vilayətinin mərkəzində 4,5 gücündə zəlzələ baş verib.
"Report" "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların gücü yerli vaxtla saat 21:57-də hiss edilib.
Vilayət rəsmisi Yavuz Səlim Köşger, zəlzələ ocağının 6,88 kilometr dərinlikdə olduğunu açıqlayıb. Zəlzələ bəzi sakinlər arasında həyəcana səbəb olub, vilayət mərkəzində ayrı-ayrı vətəndaşlar evlərindən çölə çıxıblar.
Dağıntı və tələfat barədə məlumat verilmir.