Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyənin Ankara, İstanbul, İzmir, Şanlıurfa və Adana şəhərlərində terrorçu PKK, KCK (Kürd İcması Birliyi) və İŞİD-ə qarşı eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 34 nəfər tutulub.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Əməliyyatlar zamanı Ankaranın 4 rayonunda 5 nəfər, İstanbulda 5 ünvandan 3 nəfər, İzmirin 3 bölgəsində 13 nəfər, Şanlıurfada 5 ünvanda 3 nəfər, Adanada isə 17 ünvanda 10 nəfər həbs edilib.
Həbs olunanların evlərində aparılan axtarış nəticəsində kalaşnikov avtomatı, tapança, fişəng, sursat, çoxlu sayda güllə, terrorçu təşkilatlara aid sənədlər aşkarlanaraq götürülüb.