Yuxarı

Türkiyədə ​330 jurnalistin "sarı kart"ı ləğv edilib

Mətbuat-Yayım İnformasiya Baş İdarəsi dövlət çevrilişi cəhdindən sonra jurnalistlərin sarı kartlarını araşdırır

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra daha 296 jurnalistin "sarı kart"ı ləğv edilib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, onlardan 74 nəfəri müstəqil mətbuat orqanlarının əməkdaşlarıdır. 

Bununla da ölkədə "sarı kart"ı ləğv edilən jurnalistlərin sayı 330 nəfərə çatıb. 

Qeyd edək ki, Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsi (BYEGM) iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdindən sonra jurnalistlərin "sarı kart"larının araşdırılmasına başlayıb. Nəticədə "Meydan" qəzetindən 14, "Samanyolu TV"dən 2, "Irmak TV"dən 3, "Can Erzincan TV"dən 8, "Samanyolu Haber TV"dən 2, "Radyo Mehtap"dan 1, "Taraf" qəzetindən və "Nokta" dərgisindən 4 nəfər olmaqla 34 jurnalistin "sarı kart"ı ləğv edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi