Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib

Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib İsmət Yılmaz: “Onları işdən çıxarmaqdan məmnun deyilik”
Region
10 Fevral , 2017 12:54
Türkiyədə 33 065 təhsil işçisi vəzifəsindən azad edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə Milli Təhsil Nazirliyi 33 065 nəfər təhsil işçisini işdən azad edib.

“Report” xəbər verir ki, bunu təhsil naziri İsmət Yılmaz "Anadolu"a müsahibəsində bildirib.

“Onları işdən çıxarmaqdan məmnun deyilik. Ancaq bundan başqa çarə yoxdur. Əgər siz onların hərəkətini qanunsuz elan etməsəniz, o zaman Rusiyanın Türkiyədəki səfirinə edilən sui-qəsd kimi hadisələr, hətta daha faciəli hadisələrlə qarşı-qarşıya qala bilərsiniz”, - deyə o vurğulayıb.

Nazir deyib ki, 7 210 nəfər isə sərəncamdadır və onların iyulun 15-dəki dövlət çevrilişinə cəhdlə əlaqəsinin olub-olmaması araşdırılır. 

Son xəbərlər

Orphus sistemi