Yuxarı

Türkiyədə 31 akademik saxlanılıb

Onların otaqlarından Fətullah Gülənin kitabları və 1 dollarlıq əsginaslar çıxıb

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 31 akademik saxlanılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul Şəhər Baş Polis İdarəsi Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar arasında professorlar və ali təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışan şəxslər də var. 

Əməliyyat əsasən İstanbul, Təkirdağ, Dənizli, Kocaeli və Kırklareli vilayətlərində keçirilib. 

Saxlanılan şəxslərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı FETÖ-nun rəhbəri Fətullah Gülənin kitabları, sənədlər və terror təşkilatının üzvlərinin bir-birilərini tanımaları üçün istifadə etdikləri 1 dollarlıq əsginaslar çıxıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi