Türkiyədə üç günlük yas elan edildi

Türkiyədə üç günlük yas elan edildi Qərarı Türkiyənin baş naziri Əhməd Davutoğlu açıqlayıb
Region
10 Oktyabr , 2015 19:50
Türkiyədə üç günlük yas elan edildi

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ankarada törədilən qanlı terror aktı - Türkiyənin bütünlüyünü pozmaq cəhdidir. Bu demokratiyamıza yönəldilən zərbədir.

“Report”un NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu 86 nəfərin ölümü ilə nəticələnən partlayışlara münasibət birdirərkən deyib.

Onun sözlərinə görə, qanlı hadisələri nəzərə alan hökümət 3 günlük yas elan etmək barədə qərar qəbul edib.

Davutoğlu bildirib ki, ilkin məlumata görə, terror aktını iki kamikadze törədib.

Xatırladaq ki, bu gün Ankarada dəmiryol vağzalında törədilən terror aktı nəticəsində yaralıların sayı 186 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi