Türkiyədə 236 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

Türkiyədə 236 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib Ölkənin 58 əyalətində eyni zamanda əməliyyat keçirilib
Region
20 Dekabr , 2016 14:15
Türkiyədə 236 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrində “ByLock” kompüter proqramından istifadə etməkdə şübhəli bilinən 530 hərbçidən 236-sı barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, prokurorluğun Terror və mütəşəkkil cinayətlərə qarşı mübarizə bürosu, polis əməkdaşları birlikdə ölkənin 58 əyalətində eyni zamanda əməliyyat keçiriblər.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrində vəzifə daşıyan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 280 zabit və 250 gizirin tutulması haqqında qərar qəbul edilib. Onların 236-sı barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “ByLock” FETÖ-çülərin bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi proqramın adıdır. 

Son xəbərlər

Orphus sistemi