Yuxarı

​Türkiyədə 20 terrorçu zərərsizləşdirilib

Onların bəziləri Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Nusaybin rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 20 terrorçu zərərsizləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Suriyanın Kamışlı rayonuna keçməyə cəhd edən terrorçular "təslim ol" əmrinə tabe olmayaraq, atəş açıblar. Bununla belə onların bəzilərinin Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olduğu haqda da məlumat yayılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi