Yuxarı

​Türkiyədə 20 maşın toqquşub, 5 nəfər yaralanıb

Hadisə Bodrum-Milas avtomobil yolunda baş verib

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin Bodrum-Milas avtomobil yolunda 20 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, hadisə Güvercinlik yaşayış məntəqəsində baş verib. Bodrum istiqamətində hərəkət edən maşından avtomobil yağı axıb. Yolun sürüşkən olması qəzanın baş verməsinə səbəb olub.

Məlumatda bildirilib ki, əvvəlcə bir motoskelt sürüşərək, yük avtomobilinin altına girib. Onun ardınca başqa bir yük avtomobili, 6 mikroavtobus və daha 12 maşın toqquşub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi