Türkiyədə 20-dən çox hərbçi yol qəzasında xəsarət alıb

Türkiyədə 20-dən çox hərbçi yol qəzasında xəsarət alıb Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir
Region
25 Fevral , 2018 03:33
Türkiyədə 20-dən çox hərbçi yol qəzasında xəsarət alıb

Bakı. 25 fevral. REPORT.AZ/ Türkiyənin Antalya vilayətində yol qəzası nəticəsində ən azı 23 nəfər hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı İHA agentliyi yayıb.

Qəza fevralın 24-də, hərbçiləri daşıyan avtobus Antalyadan qayıdan zaman baş verib. Avtobus Kestel qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Nəticədə 22 hərbçi və sürücü xəsarət alıb. Onlar xəstaxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi