Yuxarı

Türkiyədə 2 318 alim ali təhsil müəssisələrindən xaric edilə bilər

Bununla bağlı Ali Təhsil Şurasında komissiya yaradılıb və araşdırma başlayıb

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 2 318 alim ali təhsil müəssisələrindən xaric edilə bilər. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bununla bağlı Ali Təhsil Şurasında (YÖK) komissiya yaradılıb və araşdırma başlayıb. 

Məlumata görə, onlardan 2 239 nəfəri dövlət universitetlərində işləyir. Bunlardan 440 nəfəri professor, 525 nəfəri dosent, 654 nəfəri isə dosent assistentidir. Eyni zamanda, dövlət ali təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışan 654 nəfər barəsində də araşdırma aparılır. 

Bundan başqa, vəqf universitetlərində işləyən 79 akademik və 18 vəzifəli şəxsin işi araşdırılır. 

Ali Təhsil Şurası onların Fətullahçı terrot təşkilatı (FETÖ) ilə əlaqəli olub-olmadığını müəyyənləşdirməyə çalışır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi