Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin ölkənin Şırnak əyalətində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 19 üzvü məhv edilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, gecə saatlarında bölgədə terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Məlumata görə, Şırnakın Bestler-Dereler bölgəsində 19 terrorçu zərərsizləşdirilib.