Yuxarı

Türkiyədə 18 NATO əməkdaşı FETÖ işi ilə bağlı saxlanılıb

Saxlanılanılar arasında hərbi-dəniz qüvvələrinin əsgərləri, universitet işçisi, hərbi attaşe və həkim var

Bakı. 16 oktyabr. REPORT.AZ/ Türkiyədə 18 NATO əməkdaşı FETÖ işi ilə bağlı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında məsul vəzifəli hərbçilər də var.

Şübhəlilər Ankara polisinin Terrorizmlə Mübarizə Şöbəsi tərəfindən saxlanılıblar. Onlar dövlət çevrilişinə cəhddə iştirak etməkdə bilinirlər.

Saxlanılanılar arasında hərbi-dəniz qüvvələrinin əsgərləri, Qazi Universitetinin əməkdaşı, hərbi attaşe və həkim var.

GETÖ ioli ilə bağlı saxlanılan NATO məsulları arasında Sərxan Qızıltəpə, Fatih Alatəpə, Erdal Urcan, Mehmet Qarabulud və digərləri var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi