​Türkiyədə "17 dekabr cinayət işi"nə xitam verilib

​Türkiyədə "17 dekabr cinayət işi"nə xitam verilib İstanbul Prokurorluğu iddianı rədd edib
Region
16 Dekabr , 2014 22:03
​Türkiyədə 17 dekabr cinayət işinə xitam verilib

Bakı. 16 dekabr. REPORT.AZ/ İstanbul Prokurorluğu tərəfindən "17 dekabr cinayət işi" ilə bağlı qaldırılan iddia rədd edilib.

"Report" Türkiyənin "Hurriyət" qəzetinə istinadən xəbər verir ki, bununla da 53 nəfər, o cümlədən iranlı iş adamı, tanınmış müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Sərraf, keçmiş nazirlərin oğlanları - Barış Gülər və Kaan Çağlayanla bağlı cinayət işi ləğv edilib.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də onlara qarşı cinayət işi açılmışdı. 

Son xəbərlər

Orphus sistemi