Yuxarı

​Türkiyədə 1 684 zabit ordu sıralarından xaric edilib

Onlardan 149-u general və admiral, 1099 nəfəri zabit və gizirdir

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 1 684 hərbçi ordudan xaric edilib. 

"Report"un məlumatına görə, bununlar bağlı rəsmi qəzetdə xəbər dərc olunub. 

Məlumata görə, onların arasında kifayət qədər yüksək rütbəli zabitvar. Belə ki, Türkiyə Silahlı Qüvvələrindən xaric edilənlərin 149-u general və admiral, 1 099 nəfəri zabit və gizirdir. 

Eyni zamanda, Quru Qoşunlarından 87 general, 726 zabit və 256 gizir, Hərbi Hava Qüvvələrindən 30 general, 314 zabit və 117 gizir, Hərbi Dəniz Qüvvələrindən 32 admiral, 59 zabit və 63 gizir xaric edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi