Yuxarı

Ərzurumda 15 terrorçu həbs edilib

Ərzurum əyalətinin Qaraçoban rayonunda antiterror əməliyyatı keçirilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin Qaraçoban rayonunda PKK terror təşkilatı və ona yaxın qurumların üzvlərinə qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 15 nəfər tutulub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Qaraçoban rayonu Təhlükəsizlik İdarəsinin Terrorçuluğa Qarşı Mübarizə Şöbəsi və Xüsusi Təyinatlı Dəstənin keçirdiyi əməliyyat nəticəsində Bölgələrin Demokratik Partiyası (BDP) adlı terrorçu PKK-yönlü təşkilatın yerli şöbəsinin sədri də həbs edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi