Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyədə 1389 hərbi qulluqçu Silahlı Qüvvələrdən xaric edilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlar Fetullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə və ya ona mənsub olmaqda müqəssir bilinirlər.
"Resmi Gazete"də dərc olunan fərman çərçivəsində Silahlı Qüvvələrdən xaric edilənlər arasında, prezident Rəcəb Tayyib Ərdoğanın baş yavəri polkovnik Əli Yazıçı və polkovnik Tofiq Göy də var.