Yuxarı
    Bağlamaq

    Türkiyədə 121 keçmiş diplomat və 70 hərbçinin tutulması üçün geniş əməliyyat keçirilir

    Ölkənin üquq-mühafizə orqanları FETÖ qarşı genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları ölkədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri keçirir.   

    “Report” "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin FETÖ üzvü olduğuna görə işdən çıxarılan 121 keçmiş əməkdaşının həbs edilməsi ilə bağlı sanksiya verilib. 

    Keçmiş diplomatların tutulması üçün ölkənin 30 əyalətində eyni zaman əməliyyat başlayıb. Bundan başqa, FETÖ ilə əməkdaşlıq edən Türkiyə Silahlı Qüvvələrinin 70 əməkdaşının tutulması barədə qərar çıxarılıb. Onların tutulması haqqında qərarı Konya Prokurorluğu qəbul edib.

    Əməliyyatı Konya Mütəşəkkli Cinayətkarlığa Qaşrı Mübarizə İdarəsi aparır. Onların tutulması istiqamətində 31 əyalətdə əməliyyat keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi