​Türkiyədə 12 terrorçu zərərsizləşdirilib

​Türkiyədə 12 terrorçu zərərsizləşdirilib Ötən gecə keçirilən antiterror əməliyyatı nəticəsində bir çavuş yaralanıb
Region
24 Fevral , 2016 14:03
​Türkiyədə 12 terrorçu zərərsizləşdirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyə polisi və jandarmasının ölkənin Şırnak əyalətinin İdil bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 12 silahlısı məhv edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, fevralın 16-dan bu ərazidə 4 min polis və jandarm əməliyyatı davam etdirir.

Xəbərə əsasən, ötən gecə terrorçulara qarşı keçirilən əməliyyat nəticəsində bir çavuş yaralanıb. 

Son xəbərlər

Orphus sistemi