Yuxarı

Türkiyədə 12 telekanal bağlanıb

Bu haqda ölkənin Radio-Televiziya Ali Şurası qərar qəbul edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyədə 12 televiziya kanalının yayımı dayandırılıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu haqda ölkənin Radio-Televizya Ali Şurası qərar qəbul edib.

Məlumata görə, 12 telekanalın fəaliyyəti fövqəladə vəziyyət rejimi çərçivəsində 668 saylı qanunla eyni hüquqi qüvvəyə malik qərara əsasən dayandırılıb.

Onlar arasında "Hayatın sesi", "TV10", "Van TV", "Jiyan TV" və "Zarog TV" telekanlları da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi