Türkiyədə 11 qız və 1 müəllim uşaq internatında yanğın zamanı ölüb - VİDEO - ƏLAVƏ OLUNUB

Türkiyədə 11 qız və 1 müəllim uşaq internatında yanğın zamanı ölüb - VİDEO - ƏLAVƏ OLUNUB Daha 22 nəfər yanıq xəsarəti alıb
Region
30 Noyabr , 2016 01:20
Türkiyədə 11 qız və 1 müəllim uşaq internatında yanğın zamanı ölüb - VİDEO - ƏLAVƏ OLUNUB

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin Adana vilayətinin Aladağ rayonunda yerləşən üçmərtəbəli özəl uşaq internatında yanğın baş verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 12 nəfərin yanmış meyiti aşkar olunub, daha 22 nəfər yanıq xəsarəti alıb.

Adana valisi Mahmud Demirtaş hadisə zamanı 11-i şagird, biri müəllim olmaqla 12 nəfərin öldüyünü, 22 nəfərin isə xəsarət aldığını bildirib:

"Otaqların hamısına baxmışıq. İlkin ehtimala görə, yanğın qısa qapanma nəticəsində baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların heç birinin vəziyyəti ağır deyil. Yaralıların bəziləri özlərini pəncərədən atıblar".

***

"Sabah" qəzeti yazır ki, çərşənbə axşamı Türkiyənin cənubunda yerləşən Adana əyalətindəki uşaq internatında yanğın nəticəsində 10-14 yaşlarında olan 11 qız və müəssisənin 1 əməkdaşı həyatını itirib. Həmçinin, daha 22 nəfərin yanan binadan təxliyə edildiyi və xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

İlkin məlumatlara görə, yanğına nasaz elektrik naqillərində qısa qapanma səbəb olub.

Son xəbərlər

Orphus sistemi