Yuxarı

Türkiyədə 12 min 801 polis işdən çıxarılıb

Onlar FETÖ-yə üzv olmaqda şübhəli bilinirlər

Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyədə 12 min 801 polis əməkdaşı işdən çıxarılıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, onların 2 min 523-ü yüksək vəzifəli polisdir. 

İnformasiyaya görə, Türkiyənin Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsi ölkənin 81 əyalətində əməliyyat keçirib. Əməliyyat nəticəsində aralarında müxtəlif rütbəli və vəzifəli polis əməkdaşları olmaqla 12 min 801 nəfər Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinərək işdən çıxarılıb.

Xəbərdə bildirilib ki, Ankarada 1350, İzmirdə 570, Diyarbakırda 650 və Hakkaridə 350 təhlükəsizlik məmuru tutduğu vəzifədən azad edilib.

Türkiyə Daxili İşlər Nazrilyinin mərkəzi aparatında işləyən 37 nəfər də tutduğu vəzifədən kənarlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi