Yuxarı
    Bağlamaq

    Türkiyədə 105 hərbçinin həyat yoldaşı tutulub

    Onlar 2010-cu ildən bəri dövlət qurumlarında işləmək üçün keçirilən sınaq imtahanlarında saxtakarlıq etməkdə şübhəli bilinirlər

    Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin 31 əyalətində keçirilən əməliyyat nəticəsində 105 hərbçinin həyat yoldaşı tutulub.

    “Report” "Haberler"ə istinadən xəbər verir ki, onlar 2010-cu ildən bəri dövlət qurumlarında işləmək üçün keçirilən sınaq imtahanlarında (KPSS) saxtakarlıq etməkdə şübhəli bilinirlər.

    Məlumata görə, həbs edilən qadınların ikisinin həyat yoldaşı polkovnik, 14-ün əri polkovnik-leytenant, 40-nın əri mayor, 40-nın həyat yoldaşı kapitan, 4-nünkü isə baş leytenantdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi