Yuxarı
    Bağlamaq

    Türkiyədə 1 669 təhsil müəssisəsi bağlanacaq

    Təhsil Nazirliyi 27 157 təhsil işçisinin fəaliyyətini qadağan edib

    Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyədə 1 669 təhsil müəssisəsi bağlanacaq.  

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyi indiyədək 800-ə yaxın özəl məktəbin bağlanması barədə şəhər təhsil şöbələrinə yazılı təlimat göndərib. 

    Ümumilikdə Fətullahçı terror təşkilatına (FETÖ) məxsus 936 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər özəl təhsil müəssisələrinin bağlanması üçün tədbirlər görülür. 

    Məlumata görə, Təhsil Nazirliyi indiyədək 27 157 təhsil işçisinin fəaliyyətini qadağan edib. Onların nazirliyə məxsus özəl təhsil müəssisələrində işləməsinə də icazə verilməyəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi