Yuxarı

​Türkiyə Yəməndəki səfirliyini bağlayıb

XİN Yəməndəki Türkiyə vətəndaşlarının bu ölkədən çıxmasını, ora səfər etməməsini məsləhət görüb

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə Yəməndəki səfirliyini bağlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Xəbərdə bildirilib ki, səfirliyin əməkdaşları Türkiyəyə qayıdır.

Xatırladaq ki, bundan əvvəl nazirlik Yəməndəki Türkiyə vətəndaşlarının bu ölkədən çıxmasını, ora səfər etməməsini məsləhət görmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi