​Türkiyə XİN təmsilçisi "normallaşdırma protokolu" ilə bağlı açıqlama verib

​Türkiyə XİN təmsilçisi "normallaşdırma protokolu" ilə bağlı açıqlama verib Tanju Bilgiç : "Bunu Ermənistanın Türkiyəni suçlaması üçün istifadə edəcəyi bir hərəkət kimi də dəyərləndirmək olar"
Region
18 Fevral , 2015 14:17
​Türkiyə XİN təmsilçisi normallaşdırma protokolu ilə bağlı açıqlama verib

Bakı.18 fevral. REPORT.AZ/ "Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanıb. Bu protokolların təklif edilməsi yalnız iki ölkə arasında münasibətlərin normallaşması kimi düşünülməməlidir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Tanju Bilgiç keçirdiyi ənənəvi mətbuat konfransında bildirib.

Jurnalistlərin "2009-cu ildə Türkiyə - Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı protokolu Ermənistanın geri götürməsini necə dəyərləndirirsiz" sualına cavabında o, daha sonra deyib: "Bunu bölgə baxımından Qafqazda əhatəli bir sülhün yaranmasına, təhlükəsizliyin təmin edilməsinə və münasibətlərin normallaşmasına xidmət kimi anlamaq olardı. Ermənistanın atdığı bu addımı biz düzgün hesab etmirik. Bu yanlış və uğursuz bir addımdır. Odur ki, Ermənistanın protokollarla bağlı mövqeyi əsassız və səmimiyyətdən uzaqdır. Ona görə də bunu Ermənistanın Türkiyəni suçlaması üçün istifadə edəcəyi yeni bir hərəkət kimi də dəyərləndirmək olar".

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürxdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi. Fevralın 16-da isə Ermənistan prezidenti Serj Sarqsyan bu sənədin geri götürülməsi ilə bağlı qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi