Yuxarı
    Bağlamaq

    ​Türkiyə XİN təmsilçisi: "Bu, ölkəmizə qarşı təbliğatın tərkib hissəsidir"

    Tanju Bilgic: Krım tatarlarının hüququ və azadlıqlarının qorunması yönündə fəaliyyətimizi davam etdirəcəyik

    Bakı. 29 dekabr. REPORT.AZ/ Ukraynanın Xerson vilayətində Krım tatar taboru", "Noman Çelebicixan" adları altında yaradılacağı ehtimal edilən hərbi birləşmələri Türkiyənin dəstəkləməsi iddiaları həqiqəti əks etdirmir.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin sözçsü Tanju Bilgic bildirib.

    O bunu Türkiyəyə qarşı edilən təbliğatın tərkib hissəsi olduğunu vurğulayıb.

    Tanju Bilgic onu da bildirib ki, ölkəsi Krımın ilhaqını tanımayıb və tanımayacaq: "Krım tatarlarının hüququ və azadlıqlarının qorunması yönündə fəaliyyətimizi davam etdirəcəyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi