Yuxarı

​Türkiyə XİN təkzib edib: "89 ölkəyə viza rejimi tətbiq edilməyəcək"

KİV 2016-cı il iyunun 1-dən Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejiminin tətbiq ediləcəyi haqda məlumat yayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkiyə 89 dövlətin vətəndaşlarına viza rejimini tətbiq etməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Avrointeqrasiya çərçivəsində 2016-cı il iyunun 1-dən 89 ölkəyə viza rejimi tətbiq edilməyəcək.

Qeyd edək ki, bir müddət öncə Türkiyə KİV-i 2016-cı il iyunun 1-dən Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejiminin tətbiq ediləcəyi haqqında məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi