Bakı. 25 may. REPORT.AZ/ “ABŞ-dan Türkiyə-ABŞ İşçi Qrupunun toplantısı üçün nümayəndə heyəti gəlib”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Onun sözlərinə görə, görüşdə tərəflər Münbiç məsələsini müzakirə ediblər. Sözçü toplantının 4,5 saat sürdüyünü söyləyib.
Qeyd edək ki, Suriyanın Münbic bölgəsinə ABŞ və terrorçu PKK/YPG-PYD nəzarət edir. Türkiyə ABŞ-dan terrorçu PKK silahlılarını həmin rayondan çıxarmasını istəyir.