Yuxarı

​Türkiyə XİN: "Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinə hücum qəbuledilməzdir"

Bəyanatda bildirilib ki, hədə dili buraxılmalı, münasibətlərin tənzimlənməsi üçün diplomatik dildən istifadə olunmalıdır

Bakı. 5 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumlar qəbuledilməzdir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının İrandakı səfirliyi və konsulluğunun binasına hücumla bağlı verdiyi bəyanatda vurğulayıb.

"Bir an öncə hədələmək dili buraxılmalı, münasibətlərin tənzimlənməsi üçün diplomatik dildən istifadə edilməlidir", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 3-də İranda bir qrup Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun binasına hücum edərək, yanğın törədiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi