​Türkiyə XİN: "Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinə hücum qəbuledilməzdir"

​Türkiyə XİN: "Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinə hücum qəbuledilməzdir" Bəyanatda bildirilib ki, hədə dili buraxılmalı, münasibətlərin tənzimlənməsi üçün diplomatik dildən istifadə olunmalıdır
Region
5 Yanvar , 2016 13:10
​Türkiyə XİN: Səudiyyə Ərəbistanının diplomatik nümayəndəliklərinə hücum qəbuledilməzdir

Bakı. 5 yanvar. REPORT.AZ/ "Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndəliklərinə hücumlar qəbuledilməzdir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının İrandakı səfirliyi və konsulluğunun binasına hücumla bağlı verdiyi bəyanatda vurğulayıb.

"Bir an öncə hədələmək dili buraxılmalı, münasibətlərin tənzimlənməsi üçün diplomatik dildən istifadə edilməlidir", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 3-də İranda bir qrup Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun binasına hücum edərək, yanğın törədiblər.

Son xəbərlər

Orphus sistemi