Yuxarı

Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur

Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan “S-400” raket sistemlərinin tədarükü ilə bağlı hər hansı problemin olmadığını, prosesin bundan sonra da rəvan şəkildə davam edəcəyini bildirib.

“Report” “YeniŞafak”a istinadən xəbər verir ki, Ankarada jurnalistlərlə görüşü zamanı nazir “S-400”lərlə bağlı saziş çərçivəsindəki işlərin davam etdiyini deyib: “Biz bu işləri əlaqəli şəkildə həyata keçiririk. Milli Müdafiə Nazirliyi də lazımı açıqlamaları verib. Heç bir sıxıntı yoxdur”.

Xatırladaq ki, Rusiyadan idxal olunan “S-400” uzun mənzilıli hava və raket müdafiə sistemlərinin ilk hissələri iyulun 12-də Ankara yaxınlığındakı Mürtəd bazasına gətirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi