​Türkiyə XİN: "Rusiyanın şərtlərinin qəbul edilməsi mümkün deyil"

​Türkiyə XİN: "Rusiyanın şərtlərinin qəbul edilməsi mümkün deyil" Tanju Bilgic: "Sərhəd pozulması baş verməzsə, bir daha təyyarə böhranı yaşanmayacaq"
Region
16 Dekabr , 2015 15:36
​Türkiyə XİN: Rusiyanın şərtlərinin qəbul edilməsi mümkün deyil

Bakı. 16 dekabr. REPORT.AZ/ "Sərhəd pozulması baş verməzsə, bir daha təyyarə böhranı yaşanmayacaq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic Rusiyanın şərtlərinə cavab olaraq bildirib.

Diplomat qeyd edib ki, Rusiyanın tələb etdiyi təzminatın ödənilməsi mümkün deyil.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Türkiyənin hava sərhədini pozduğu üçün vurulan döyüş təyyarəsinə görə qarşı tərəfin təzminat ödəməsini şərt olaraq irəli sürüb. Bir neçə gün öncə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov da oxşar şərtlər irəli sürmüşdü: "Üzr istəmək, məsuliyyət daşıyanların cəzalandırılması və dəyən ziyanın ödənilməsi şərtləri təmin olunmazsa, Türkiyənin heç bir açıqlaması qəbul edilməyəcək".

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın döyüş təyyarəsi Türkiyənin sərhədini pozduğu üçün vurulub. Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi