​Türkiyə XİN Roma Papasını iftira atmaqda günahlandırıb

​Türkiyə XİN Roma Papasını iftira atmaqda günahlandırıb Türkiyə XİN: "Bu, onun ermənilərin dediklərinə şərtsiz bağlı olduğunu bir daha göstərib"
Region
27 İyun , 2016 13:26
​Türkiyə XİN Roma Papasını iftira atmaqda günahlandırıb

Bakı. 27 iyun. REPORT.AZ/ "Roma Papası Fransisk 1915-ci il hadisələri ilə bağlı tarixi reallıqlara söykənməyən və hüqüqla əlaqəsi olmayan ifadə işlətməklə ermənilərin dediklərinə şərtsiz bağlı olduğunu bir daha göstərib".

"Report"un xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Roma Papasının Yerevanda 1915-ci il hadisələrini ermənilərin "soyqırımı" kimi dəyərləndirməsinə etiraz bəyanatında bildirilib.

"Roma Papası Fransiskin 2016-cı il iyunun 24-26-da saxta "erməni soyqırımı" ifadəsini işlətməsi, 1915-ci hadisələri ilə bağlı erməni katolikosu ilə bəyanat qəbul etməsi, ölkəsinə qayıdanda yalan və iftira dolu sözlər işlətməsi onun ermənilərin təsiri altında danışdığını bir daha təsdqiləyib", -deyə, Türkiyə XİN vurğulayıb.

Son xəbərlər

Orphus sistemi