Yuxarı

Türkiyə XİN ölkə vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Əgər zərurət yoxdursa, bu vəziyyət aydınlaşdırılana qədər ölkə vətəndaşlarından səfərlərini təxirə salmağın faydalı olduğunu bəyan edirik

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyə vətəndaşlarına zərurət yaranmadığı təqdirdə, Rusiya Federasiyasına səfər etməmək tövsiyə olunub. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN rəsmi açıqlama yayıb. 

Məlumatda son günlərdə Türkiyə ilə Rusiya arasındakı gərginlikdən dolayı noyabrın 24-dən etibarən ölkə vətəndaşlarının bu ölkəyə səfəri zamanı və ya həmin dövlətin ərazisində yaşayan Türkiyə vətəndaşlarının bəzi çətinliklərlə qarşılaşdığı qeyd edilib. 

"Əgər zərurət yoxdursa, bu vəziyyət aydınlaşdırılana qədər ölkə vətəndaşlarından Rusiyaya səfərlərini təxirə salmağın faydalı olduğunu bəyan edirik. Vətəndaşlarımızın prosesləri və məlumatları http://moskova.be.mfa.gov.tr ünvanından təqib etmələri məqəsəduyğundur. Rusiya Federasiyasında yaşayan vətəndaşlarımız bu məsələylə bağlı "007 495 994 48 08" və "007 926 732 82 38" nömrəli telefonlar, həmçinin embassy.moscowmfa.gov.tr adlı elektron poçtla Moskvadakı səfirliyimiz, Türkiyədə olan vətəndaşlarımız isə 7 gün 24 saat "(+90) 312 292 29 29" nömrəsilə nazirliyimizin Konsulluq Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi