​Türkiyə XİN Liviyaya etiraz notası göndərib

​Türkiyə XİN Liviyaya etiraz notası göndərib Mövlud Çavuşoğlu: "Bu, Liviyadakı vəziyyətin göstəricisidr"
Region
12 May , 2015 17:24
​Türkiyə XİN Liviyaya etiraz notası göndərib

Bakı. 12 may. REPORT.AZ/ Türkiyə "Tuna-1" yük gəmisinin atəşə tutulması ilə bağlı Liviyaya etiraz notası göndərib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu, Liviyadakı vəziyyətin göstəricisidr. Biz Liviyanın Ankaradakı səfirliyinə, eləcə də İstanbuldakı konsulluğuna öz etirazımızı bildirmişik. Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. BMT-dəki təmsilçimizə də məsələ ilə bağlı uyğun tapşırıq vermişik", - o vurğulayıb.

Qeyd edək ki, Kuk Adaları bayrağı altında üzən Türkiyə şirkətinə məxsus "Tuna-1" yük gəmisi mayın 10-da Liviyanın Tobruk limanında atəşə tutulub. Gəminin göyərtəsində 15 nəfər olub. Onların 8-i Türkiyə, 6-sı Gürcüstan, biri isə Azərbaycan vətəndaşı olub. Atəş nəticəsində kapitanın 3-cü köməkçisi ölüb, heyətin bir neçə üzvü isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi