Yuxarı

Türkiyə XİN: "Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil"

Tanju Bilgic: Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Rusiya Dövlət Dumasına Krımda keçirilən seçkilərin nəticələrin hüquqi reallığı əks etdirmir".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic bildirib.

O bildirib ki, ölkəsi Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Ötən həftə Rusiya Federasiyasında keçirilən seçki də bu baxımdan dəyərləndirilməlidir. Ona görə də Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil".

Qeyd edək ki, Ukrayna parlamenti sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini tanımadığı haqda qərar qəbul edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi