Yuxarı
    Bağlamaq

    Türkiyə XİN-də vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir

    Mövlud Çavuşoğlu: FETÖ ilə əlaqəli əməkdaşların müəyyənləşdirilməsi üçün komissiya yaradılıb

    Bakı. 23 iyul. REPORT.AZ/ "Türkiyə Xarici İşlər Nazirliyində Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli əməkdaşların müəyyənləşdirilməsi üçün komissiya yaradılıb". 

    "Report" "Milliyet"e istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

    Onun sözlərinə görə, hazırda vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir: "FETÖ üzvləri imtahan suallarının ən çətin olduğu dövrlərdə Türkiyə Xarici İşlər Nazirliyinə sızıblar. Həmin suallar imtahandan əvvəl camaat tərəfindən iştirakçılara paylanılıb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi