Bakı. 12 mart. REPORT.AZ/ "Niderland türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, Niderland hakimiyyətinin Türkiyənin XİN rəhbərinin ölkəyə girişinə icazə verməməsi istənilən halda qəbuledilməzdir:
"Lakin Niderlandın naziri (Ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kaya) Türkiyənin Rotterdamdakı Baş konsulluğu binasına buraxmaması Avropa üçün utancvericidir. Və Ankara hər dəfə bu rüsvayçılığı Avropaya xatırladacaq".