Türkiyə XİN başçısının Ukraynaya səfəri təxirə salınıb

Türkiyə XİN başçısının Ukraynaya səfəri təxirə salınıb Xarici İşlər Nazirliyi: Dünən Ankarada baş vermiş faciəli hadisəyə görə nazir Ukraynaya planlaşdırılan səfərini ləğv edib
Region
20 Dekabr , 2016 15:01
Türkiyə XİN başçısının Ukraynaya səfəri təxirə salınıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq dekabr 20-21-də Ukraynaya planlaşdırılan səfərini ləğv edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Türkiyə XİN-dən bildiriblər ki, səfər daha sonraya təxirə salınıb.

Səfərin nə vaxt baş tutacağı hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi