Türkiyə və Rusiya XİN başçılarının gizli danışığı mətbuata sızıb

Türkiyə və Rusiya XİN başçılarının gizli danışığı mətbuata sızıb Sergey Lavrov Mövlud Çavuşoğlunun suallarına cavab verə bilməyib
Region
30 Noyabr , 2015 18:06
Türkiyə və Rusiya XİN başçılarının gizli danışığı mətbuata sızıb

Bakı. 30 noyabr. REPORT.AZ/ "Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini 1983-cü ildə siz niyə vurdunuz?"

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovun "təyyarəmizi niyə vurdunuz" sualına cavabında deyib.

Məlumata görə, bu dialoq Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasından sonra iki nazir arasında telefon danışığı zamanı olub.

Danışıq zamanı S.Lavrov israrla soruşub: "Niyə təyyarəmizi vurdunuz?"

M.Çavuşoğlu isə cavabında deyib: "Bəs, siz 1983-cü ildə Kamçatka üzərindən uçan Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini niyə vurdunuz?".

"Kamçatkanı buraxın. Yunanıstandan bir nümunə göstərin. Egey üzərində davamlı olaraq bir-birinizin hava məkanlarınızı pozursuz, ancaq bir-birinizi vurmursuz", - S.Lavrov Türkiyə XİN başçısına cavabında deyib.

"Çünki iki ölkə arasında dialoq xətti var. Biz Afina ilə davamlı olaraq danışırıq. Egey məsələsində dialoq kanallarımız açıqdır", - M.Çavuşoğlu bildirib.

S.Lavrov isə həmin dialoqun Rusiya ilə yaradılmamasından gileylənib.

"Elə iş olarmı?! Biz sizə daha öncədən dəfələrlə xəbərdarlıq etmişik", - Türkiyənin xarici işlər naziri vurğulayıb.

Məlumata görə, həmin telefon danışığı zamanı M.Çavuşoğlu vurulan təyyarənin Türkiyənin hava sərhədini pozduğunu, Rusiyanın bunu bilməsinə baxmayaraq, israrla eyni şəkildə davrandıqlarını söyləyib. 

Son xəbərlər

Orphus sistemi