Yuxarı
    Bağlamaq

    ​Türkiyənin XİN başçısı Vatikan Papasının iddialarını cavablandırıb

    Mövlut Çavuşoğlu: Onun iddiaları əsassızdır

    Bakı. 13 aprel. REPORT.AZ/ "Erməni iddiaları ilə bağlı Papa tərəfindən işlədilən ifadənin hüquqi əsası yoxdur".

    "Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Monqolustanda səfərdə olan Türkiyənin xairci işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

    "Hər şeydən öncə həm Papa, həm də erməni təmsilçilərinin açıqlamaları tarixi və hüquqi baxımdan əsassızdır. Soyqırımı hüquqi bir ifadədir. Bu iddia tamamən iftiradan ibarətdir. Papa müsəlman, türk və xristian arasında bir ayrı-seçkilik edir. Buna örnək olaraq, Bosniya-Hersoqovina və Ruandada baş vermiş hadisələr beynəlxalq məhkəmələrdə soyqırımı kimi qaldırılmalı olduğu halda onu "kütləvi qətl" adlandırır. Ancaq hüquqi cəhətdən tanınmayan 1915-ci il hadisələri ilə bağlı iddiaya "soyqırım" deyir. Bütün baxımlardan mübahisəlidir. Tarix təhrif edilib. Ağrı-acıların yalnız bir dinin mənsublarına aid olduğu iddiası, Türkiyə və türk milləti üçün boş bir hökmdür".

    Onun sözlərinə görə, Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacı məsləhətləşmə üçün Ankaraya çağırılıb: "Bu məsləhətləşmədən sonra atılacaq addımlar ictimaiyyətə çatdırılacaq".

    Xatıladaq ki, ötən gün Roma Papası I Frantsisk 1915-ci ildə Osmanlıda ermənilərin "soyqırımı" olduğunu iddia edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi