​Türkiyə XİN başçısı: "Səbrimizi sınamağa ehtiyac yoxdur"

​Türkiyə XİN başçısı: "Səbrimizi sınamağa ehtiyac yoxdur" Mövlud Çavuşoğlu: "Türkiyə NATO-ya daxil olan yeganə dövlətdir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb"
Region
14 Dekabr , 2015 15:31
​Türkiyə XİN başçısı: Səbrimizi sınamağa ehtiyac yoxdur

Bakı. 14 dekabr. REPORT.AZ/ "Bizim səbrimizi sınamağa ehtiyac yoxdur. Rusiya ilə münasibətlərin bərpasını vacib sayırıq".

"Report" "Corriere della Sera"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Egey dənizində Rusiyaya məxsus gəminin Türkiyənin balıqçı gəmisini atəşə tutmasına münasibət bildirərkən deyib.

"Şübhəsiz, Türkiyə və Rusiya etibarlı münasibəti bərpa etməlidir. Rusiya tərəfindən irəli sürülən ittihamlar qəbuledilməz olsa da, biz Moskva ilə danışıqları davam etdiririk. Türkiyə NATO-nun yeganə üzvüdür ki, Ukraynaya yönəlik fəaliyyətinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu, Rusiyadan qorxmağımızla əlaqədar deyil. Biz dövlətlərimizi bağlayan dostluq münasibətlərinə üstünlük veririk. Terrorçu İŞİD qruplaşması Türkiyə üçün təhlükədir. Hamı bilməlidir ki, biz İŞİD-i məhv etməsək, terrorçular bizi məhv edəcək. Türkiyə həmişə neft qaçaqmalçılığına qarşı mübarizə aparıb", - nazir vurğulayıb.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Romada Liviya üzrə beynəlxalq konfransda iştirak edib.

Xatırladaq ki, Rusiyaya məxsus "Smetlivıy" hərbi gəmisi Egey dənizində Türkiyə balıqçı gəmisinə atəş açıb.

Son xəbərlər

Orphus sistemi