​Türkiyə XİN başçısı: "Rusiyanın sanksiyalarına cavab verməməyimiz qorxudan deyil"

​Türkiyə XİN başçısı: "Rusiyanın sanksiyalarına cavab verməməyimiz qorxudan deyil" Mövlud Çavuşoğlu: "Putinlə aramızda vasitəçilk edən adam yoxdur"
Region
11 Dekabr , 2015 15:59
​Türkiyə XİN başçısı: Rusiyanın sanksiyalarına cavab verməməyimiz qorxudan deyil

Bakı. 11 dekabr. REPORT.AZ/ "Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab verməməyimiz qorxudan deyil. Sadəcə, səbrlə və sivil dövlət olaraq davranırıq".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin NTV telekanalına müsahibəsində bildirib.

XİN başçısı Türkiyənin səbrlə davranmasının səbəblərini belə izah edib: "Ancaq bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə, əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq".

"Artıq Rusiya ilə gərginliyin azalması müşahidə olunur. Hətta Rusiya prezidenti Vladimir Putinin xətrini istəyən bir nəfərin vasitəçi olaraq çıxış edəcəyi haqda xəbərlər yazılıb. Bu həqiqətdir" sualını Mövlud Çavuşoğlu belə cavablandırıb: "Putinlə aramızda vasitəçilk edən adam yoxdur. Qonşu bölgələrdəki şəxslər xoş niyyətlə vasitəçilik edə bilərlər. ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və başqa müttəfiqlərimizin liderləri, yaxud xarici işlər nazirləri rusiyalı həmkarları ilə görüşdə bu münasibətlərin bərpası çağırışını edə bilərlər. Bu da təbiidir".

Son xəbərlər

Orphus sistemi